DÇ-2026-nın 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan Belçika millisinde matçın dramatik anları müzakirə olunur. 

Offsideplus.az xəbər verir ki, görüşün 71-ci dəqiqəsində zədələnərək yerini ehtiyat qapıçı Senne Lammensə verən Tibo Kurtua gənc həmkarına dəstək olub.

"Mançester Yunayted"in qapıçısı Lammensin 88-ci dəqiqədə etdiyi kobud səhv İspaniyanın qələbə qoluna (Mikel Merino) səbəb olub. Matçdan sonra zədəsi və gənc qolkiperin səhvi barədə danışan Kurtua bunları deyib:

"Ona sarıldım və dəstək oldum. Lammens güclü xarakterə malik əla qapıçıdır, bu hadisə onu daha da gücləndirəcək. Zədəmə gəlincə, ikinci hissənin əvvəlində sağ ayağımda ağrı hiss etdim. Meydanda qalmaq istəsəm də, baş məşqçi Rudi Qarsiya 100 faiz hazır olan birinin oynamasını üstün tutdu. Dünya çempionatının 1/4 finalında meydanı tərk etmək məyusedicidir, amma qərara hörmətlə yanaşıram".

Belçika millisinin müdafiəçisi Brandon Mexele də Lammensi günahlandırmamaq lazım olduğunu, topun yerə dəyərək istiqamətini dəyişdiyini və müdafiəçilərin də ona kömək edə biləcəyini qeyd edib.