"Neftçi"də uğursuz olan Roman Qriqorçuk yeni komandada çalışa bilər.

Offsideplus.az xəbər verir ki, mütəxəssislə Ukrayna Premyer Liqasında çıxış edən klublardan 1-i maraqlanır. Söhbət LNZ-dən gedir.

Çerkass klubunun çalışdırıcısı Andres Karraskonun ailəsində problemlər var. Bu səbəbdən də mütəxəssis qışda LNZ-dən ayrılmaq haqda düşünür. Bu səbəbdən də klub rəhbərliyi Roman Qriqorçukla ilkin təmasa keçib. Yanvarda razılaşmanın əldə olunacağı gözlənilir.