"Liverpul" klubunun əfsanəvi hücumçusu, Premyer Liqa tarixinin 8-ci bombardiri Robbi Fauler "Əl-Qadisiyyə"nin baş məşqçisi postundan qovulub.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis klubda 4 ay işlədikdən sonra komandadan ayrılıb. 

Çempionatın 8 turundan 20 xal toplayan "Əl-Qadisiyyə" Səudiyyə Ərəbistanı Birinci Divizionunun turnir cədvəlinin lideri "Əl-Orubaha"dan bir xal geri qalaraq 2-ci yerdə qərarlaşıb. 

"Əl-Qadisiyyə"nin yeni baş məşqçisinin "Real"ın və İspaniya millisinin sabiq futbolçusu Mişeldir. Onun son iş yeri Yunanıstan "Olimpiakosu"u olub.