Kristiano Ronaldo "Əl-Hilal"a uduzduqları oyundan sonrakı hərəkətinə görə  Səudiyyə Ərəbistanından deportasiya oluna bilər.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı hücumçu "Messi, Messi" deyə səslənən azarkeşlərə qarşılıq olaraq əlini qasıq nahiyyəsinə atıb. Vəkil Nuf bin Əhməd isə "tvitter" hesabındakı paylaşımında portuqaliyalı ulduzun ölkədən qovulmasını tələb edib:

"Bu, cinayətdir, ictimai hörmətsizlikdir. Əcnəbi tərəfindən edilirsə, bu həbs olunma və ya deportasiya ilə nəticələnən bir qayda pozuntusudur".

Qeyd edək ki, "Əl-Nəssr" "Əl-Hilal"a 0:2 hesabı ilə məğlub olmuşdu.