Azərbaycan yığmasının hücumçusu Mahir Emreli belindəki ağrılar səbəbindən “Dinamo”nun bugünkü məşqini buraxıb.

Offsideplus.az xəbər verir ki, o, müalicəsini davam etdirdiyi üçün məşqə qatılmayıb.

Müalicəsi bu gün başa çatacağı təqdirdə, Emreli komandanın sabah keçiriləcək kollektiv məşqində iştirak edəcək.