MLS-də 2022 mövsümünün qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, pley-offun finalında "Los Anceles" və "Filadelfiya Yunion" klubları üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada komandalar hərəyə daha bir dəfə fərqlənib. Hesab 3:3 başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 

Burada daha dəqiq olan (3:0) "Los Anceles" tarixində ilk dəfə liqa çempionu adına yiyələnib.

"Los Anceles" - "Filadelfiya Yunion" - 3:3 (penaltilər seriyası - 3:0)
Qollar
: Akosta, 28 (1:0), Qazdaq, 59 (1:1), Murilyo, 83 (2:1), Elliott, 85 (2:2), 120+4 (3:2), Beyl, 120+8 (3:3)