Amerika Kuboku finalında Argentina və Braziliya milliləri üzləşib.

Offsideplus.az xəbər verir ki, 22-ci dəqiqədə Anxel Di Mariyanın vurduğu qol Aregntinanın 28 illik həsrətinə son qoyub. Lionel Skalonin baş məşqçisi olduğu Argentina millisi 15-ci dəfə Amerika Kubokuna sahib çıxıb. Karyerası boyunca bir çox kuboklar qazanan Leo Messi isə milli komanda forması ilə ilk dəfə titul sevinci yaşayıb.

Oyunun icmalını təqdim edirik:

Argentina - Braziliya 1:0 (Anxel Di Mariya, 22.)