Macarıstan çempionatının qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, 30-cu turda  "Uypeşt"i qəbul edən "Ferentsvaroş" rəqibə 3:0 hesabı ilə qalib gəlib. Bununla da, komanda sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Ferentsvaroş" ən yaxın izləyicisi "Puşkaş Akademiya"sından 14 xal irəlidədir.

Budapeşt təmsilçisi ardıcıl 3-cü, tarixdə isə 32-ci çempionluğunu əldə edib.