“Anderlext” klubu baş məşqçi köməkçisi Per Zetterberqi istefaya göndərib.

Offsideplus.az xəbər verir ki, çalışdırıcının Belçika çempionatında yaranmış fasiləyə görə klubun üzləşdiyi maliyyə itkiləri ilə əlaqədar istefaya göndərildiyi qeyd olunub.

Klub rəhbərliyinin başqa ixtisarları da gözdən keçirdiyi diqqətə çatdırılıb.