Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 16-cı turun görüşləri baş tutub.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın formasını geyindiyi “Baniyas” da növbəti oyununa çıxıb.

Sözügedən klub səfərdə “Əl Vahda” ilə qarşılaşıb. Almeydanın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. 

Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.