Dünyanın ali futbol qurumu FİFA futbolda oyundankənar vəziyyət qaydasında dəyişikliklər edə bilər.
Offsideplus.az xəbər verir ki, hazırda oyundan kənnar vəziyyəti üzə çıxarmaq üçün yeni yollar yoxlanılır. Əgər yeni qayda qəbul edilərsə, oyunçu rəqibə nəzərən bütün bədəni ilə qapıya yaxın olduğu halda ofsayd qeydə alınacaq. Dünyanın ən ali futbol qurumu dəyişikliyə qərar verəcəyi təqdirdə isə futbol qaudalarına cavabdeh olan Beynəlxaql Futbol Assosiasiyaları Şurasına (İFAB) müraciət etməlidir. İFAB isə isə yeni qaydaları sınaqdan keçirəcək.
Əgər nəticə uğurlu olarsa, bu, oyun qaydalarının gündəliyinə daxil ediləcək.