Bu gün klublararası dünya çempionatında daha bir finalçı müəyyənləşəcək.

Offsideplus.az xəbər verir ki, ikinci yarımfinal matçında Avropanın iki nəhəng klubu - PSJ və "Real Madrid" üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 23-də başlanacaq.

Bu, mayda "kral klubu"nun baş məşqçisi təyin olunan Xabi Alonso üçün birinci ciddi sınaq olacaq.

Qeyd edək ki, klublararası dünya çempionatında artıq "Çelsi" finala vəsiqə qazanıb.