Bu gün yoldaşlıq matçı çərçivəsində Rusiya - Nigeriya oyunu baş tutub.
Offsideplus.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayevin idarə etdiyi, Zeynal Zeynalov və Akif Əmirəlinin yan xətt hakimliyi etdiyi qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Matçda vurulan bütün qolların müəllifi nigeriyalılar olub. Belə ki, Semi Ajayi 27-ci dəqiqədə avtoqola imza atıb, bərabərlik qolunu isə Tolu Arokodare vurub.
Həmyerlimiz bu matçda 4 sarı vərəqə göstərib.