İndoneziyanın ikinci divizionunda çıxış edən “Qresik Yunayted” və “Persiv Vamen” klubları arasında baş tutan qarşılaşmada xoşagəlməz hadisə yaşanıb. 

Offsideplus.az Oxu.az-a istinadən xəbər verir ki, hakim klublardan birinin qapısına penalti təyin edib.

Bu, qarşılaşmanın 90-cı dəqiqəsində baş verib. Futbolçular hakimin bu qərarından narazı qalıblar və hakimi döyüblər. 

 

Hadisənin videosu sosial şəbəkədə yerləşdirilib. 

İnsidentdən sonra iki futbolçu meydandan qovulub. Təyin olunmuş penalti isə ləğv edilməyib.