"Fənərbağça" klubu Nqolo Kantenin transferi üçün Türkiyənin prezidenti Recep Tayyip Erdoğana təşəkkür edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ölkə başçısının Səudiyyə Ərəbistanına səfəri zamanı təyyarədə Kantenin transferindən və "Əl-İttihad"ın sənədləri sistemə gec daxil etməsindən xəbər tutub.

O, Ər-riyada eniş edən kimi ilk olaraq Şahzadə Salmanla fransalı futbolçunun məsələsini müzakirə edib və problemin həll olunmasını xahiş edib.

Şahzadə Salman əvvəlcə Federasiya prezidentinə, daha sonra isə FlFA-ya zəng edərək lazımi prosedurların yerinə yetirilməsini tapşırıb.

Prezident Erdoğanın xahişindən sonra Kantenin transfer məsələsi müsbət həllini tapıb.