Bu həftəsonu Yaponiyanın paytaxtı Tokioda fullkontakt kyokuşin karate üzrə 1-ci dünya çempionatı keçiriləcək.
Offsideplus.az Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 2 idmançı təmsil edəcək.
Belə ki, yığmamızın üzvləri Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) bacarıqlarını göstərəcəklər.
Komandaya AKF-nin kontakt üslublar üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə rəhbər Allahverdi Rüstəmov rəhbərlik edəcək.
Tokioya yollanacaq nümayəndə heyətində baş məşqçi Samir Məmmədov və beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yer alıb.