Azərbaycan sumoçuları Macarıstanın Ziqetsenmikloş şəhərində keçirilən sumo üzrə Avropa çempionatında iki medal qazanıblar.

Offsideplus.az xəbər verir ki, böyüklərin yarışında dohyoya çıxan Çingiz Səmədov bürünc medala layiq görülüb.

100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ötən il Yunanıstanın Lutraki şəhərində keçirilmiş qitə birinciliyində ikinci yeri tutmuşdu.

U23 kateqoriyasında döyüşən Rəsul Məmmədzadə isə Macarıstanda gümüş medalla təltif olunub.

Qeyd edək ki, Avropa çempionatında Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında ölkəmizin şərəfini ümumilikdə 4 sumoçu qoruyub.