Azərbaycan komandası badminton üzrə dünya çempionatında ilk dəfə geniş heyətlə təmsil olunacaq.
Offsideplus.az xəbər verir ki, 25-31 avqust aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 idmançımız mübarizə aparacaq.
Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu cütlüyü və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizin şərəfini qoruyacaq.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edən strategiyasının əsas hədəflərindən biri Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.