Bu gün kişi voleybolçular arasında Yüksək Liqada X tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün yeganə oyununda "Azərreyl" çempionatın lideri "Murov Az Terminal"ı məğlub edib. "Azərreyl" prinsipial rəqibinə heç bir şans verməyib - 3:0 (29:25; 28:26; 25:19).
Maraqlıdır ki, bu, "Murov Az Terminal"ın ardıcıl ikinci məğlubiyyəti olub. Səkkiz tur ərzində hətta bir set belə uduzmayan "Murov Az Terminal" ötən həftə gözlənilmədən "Xilasedici"yə təslim olmuşdu - 1:3.
X turun digər görüşlərində MOİK “Gənclər”ə 3:1, "Xilasedici" isə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəlib. Ardıcıl məğlubiyyətlərə baxmayaraq, "Murov Az Terminal" 24 xalla liderliyini qoruyur. “Xilasedici"nin 23, "Azərreyl"in isə 21 xalı var.