Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, AÇ-2026-nın əsas mərhələsinin III qrupunda keçiriləcək Türkiyə - Polşa matçında iş başında olacaq.

Xatırladaq ki, oyun dekabrın 17-də, Bakı vaxtı ilə saat 17:00-da Ərzurum şəhərində baş tutacaq.