Futzal üzrə Azərbaycan Yüksək Liqasının vahid lideri "Araz-Naxçıvan" köhnə oyunçusu — Amirhossein Rasoulini geri qaytarıb.
Offsideplus.az xəbər verir ki, ötən il də klubun formasını geyinmiş iranlı legionerlə rəsmi müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Naxçıvan klubu hazırda 25 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.


