Stolüstü tennis üzrə Azərbaycan millisi daha bir beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

Offsideplus.az xəbər verir ki, idmançılarımız bu məqsədlə Qazaxıstana yollanıblar.

Çimkənddə təşkil olunacaq toplanışda məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artıracaq.

Qazaxıstan seçməsi ilə bu gün başlayacaq birgə təlim-məşqlər mayın 31-də yekunlaşacaq.

Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.