Bakıda keçirilən çimərlik futbolu üzrə DÇ-2023-ün Avropa zonasının seçmə mərhələsi davam edir.

Offsideplus.az xəbər verir ki,  Azərbaycan millisi bu gün 13-16-cı yerlər uğrunda görüş keçirəcək.

Yığmamız saat 20:00-da Litva ilə qarşılaşacaq. 

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Moldova (1:3), Estoniya (4:7) və İtaliyaya (2:3) məğlub olub.