Polşada keçirilən III Avropa Oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası çıxışını yekunlaşdırıb.

Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 5-ci yer uğrunda görüşdə İspaniyaya 42:45 hesabı ilə uduzaraq, 6-cı yeri tutub.