Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu mərhələdə ilk qarşılaşmalar martın 29-u və 30-da keçiriləcək.

Birinci oyun günündə qadın voleybolçuların mübarizəsində yarımfinalın ilk oyunları keçiriləcək. “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gələcək.

Martın 30-da isə kişi voleybolçular mübarizəyə start veriləcək. İlk yarımfinal matçlarında “Murov”la MOİK, “Xarı bülbül”lə isə “Neftçi” qarşılaşacaq.

Əsas mərhələdə baş tutan dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa – Qadınlar
Yarımfinal, ilk oyunlar

29 mart
16:00 “Abşeron” – “Murov”
18:00 “Azərreyl” – UNEC

Yüksək Liqa – Kişilər
Yarımfinal, ilk oyunlar

30 mart
16:00 “Murov” – MOİK
18:00 “Xarı bülbül” – “Neftçi”

Görüşlər Voleybol Mərkəzində keçiriləcək.