Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, kişilər arasında Yüksək Liqanın 9-cu turu fevralın 22-də keçiriləcək.
Saat 16:00-da “Murov” – “Xarı bülbül”, ardınca isə “Neftçi” – MOİK görüşünə start veriləcək.
Qeyd edək ki, fevralın 23-də qadınların yarışında 3-cü dövrənin son matçları keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq 9-cu turun ilk oyunu saat 16:00-da “Murov” və “Abşeron” komandaları arasında olacaq. Bu qarşılaşmadan iki saat sonra “Azərreyl” – UNEC görüşü başlayacaq.