Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya kubokunda bürünc medal qazanıb. 

Offsideplus.az xəbər verir ki, o, qadınlar arasında fərdi yarışda 52.910 göstərici ilə 3-cü olub. Braziliyadan Kamilla Qomes (54.860) 1-ci , Fransadan Lea Labrusse (53.970) 2-ci yerə çıxıb.

Qeyd edək ki, 20 yaşlı idmançımız  2022-ci ildə Bakıda keçirilən Dünya kubokunda gümüş medal qazanıb.