Azərbaycanın üç karateçisi Misirin paytaxtı Qahirədə keçirilən Premyer Liqa turnirində üç bürünc medal qazanıb. 

Offsideplus.az xəbər verir ki, turnirin üçüncü - sonuncu günündə təmsilçilərimizdən Mədinə Sadıqova (55 kq), Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) öz döyüşlərini qalib gələrək, yarışı üçüncü yerdə bitiriblər.

Digər təmsilçimiz Əminağa Quliyev (60 kq) isə məğlub olaraq beşinci yeri tutub.

Qeyd edək ki, bu gün daha 3 idmançımız -  İrina Zaretska (68 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84) bürünc medal uğrunda döyüşlərini keçirəcəklər.