Bakı İdman Sarayında 20-22 yanvar tarixində 2023-cü ilin ilk WKF Karate üzrə Beynalxalq turniri keçirilib.

Offsideplus.az xəbər verir ki, iştirakçılardan Rauf Yusifov yüksək nəticə göstərərək iki kateqoriya üzrə baş tutan yarışda çempion olaraq 2 qızıl medal qazanmışdır.

Beləki o, kişilər arasında 84+ kq çəki dərəcəsində  baş tutan ilk yarışda 1-ci yerə layiq görülüb. Elə həmən gün digər kateqoriyada hər kəsi üstələyən idmançı ikinci dəfə fəxri kürsünün ilk pilləsinə qalxıb.

İdmançı öz sosial şəbəkə hesabında paylaşım edərək bu uğurunu müəlllimi və məşqçisi Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Fiziki Hazırlıq Şöbəsinin Rəisi Elnur Həsənova borclu olduğunu vurğulayıb.

WhatsApp Image 2023 01 23 at 22.40.43