Qadın həndbolçular arasında Azərbaycan çempionatında 5 və 6-cı turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, “AHF Arena”da keçirilən 5-ci turun matçları favoritlərin qələbəsi ilə nəticələnib.
İlk matçda “Qarabağ” U-16 komandasını asanlıqla üstələyib – 49:5. “İdman Akademiyası” – “Azərsu” görüşündə nominal ev sahibi 42:12 hesablı qələbəyə sevinib.
6-cı turun görüşlərində də ssenari dəyişməyib. U-16 bu qarşılaşmada rəqibə nisbətən müqavimət göstərsə də, “Qarabağ” matçı 55:22 hesablı qələbə ilə başa vurub. “İdman Akademiyası” isə “Azərsu”nu bu tur 47:14 hesabı ilə məğlub edib.
Hərəyə 12 xalı olan “Azəryol” və “İdman Akademiyası” çempionatın şərikli liderləridir. “Qarabağ”la “Azərsu”nun aktivində 6 xalı var. U-16 hələ də xal qazana bilməyib.