Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstanda növbəti uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, “Vaşaş” klubunun şərəfini qoruyan blokçumuz səsverməyə əsasən 2022-ci ildə Macarıstanda çıxış edən ən yaxşı xarici oyunçu seçilib.

Qeyd edək ki, Ayşən Abduləzimova 2018-ci ildən sözügedən komandada çıxış edir.