Azərbaycan kikboksçuları Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatını 17 medalla başa vurublar.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının məlumat yayıb.
Bildirilib ki, millimizin daha bir üzvü "Low kick" versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı "Ağ canavar" ləqəbli Amin Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib.
Digər finalçılarımız – Nihad Tağızadə (Low kick; 51 kq), Amil Məmmədov (Full contact; 51 kq), Məhəmməd İmanov (Full contact; 57 kq) və Elvin Qasımov (K1; 51 kq) meydan sahibi idmançılarına uduzub. Onlar müvafiq olaraq Türkiyə kikboksçuları – Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və Musa Gülməzə yenilərək gümüş medalla kifayətləniblər.
Azərbaycan idmançılarından Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact; 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb. Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi tanınmış kikboksçumuz, dünya və Avropa çempionu Eduard Məmmədovdur.
Beləliklə, Azərbaycan millisi böyüklər və veteranlar kikboksçular arasında keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medaldır. Komanda sabah saat 14:50-də Vətəndə olacaq.