Kişi həndbolçular arasında Azərbaycan çempionatında 2-ci turun matçları keçirilib.
Offsideplus.az xəbər verir ki, növbəti oyun günündə meydançaya əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar. Rəqiblərin ilk turdakı oyunu 29-28 hesabı ilə "2-ci"lərin xeyrinə nəticələnmişdi.
Görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb – 21:21. Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” son çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib – 25:24.
Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30, “Təhsil” isə U-16-ya 46:22 hesabı ilə qalib gəlib.