Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iki beynəlxalq turnirə təyinat alıb.

 Offsideplus.az AFFA-nın rəsmi saytının yaydığı məlumata istinadən xəbər verir ki, o, 1 - 6 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022”nin oyunlarını idarə edəcək.

Məmmədov 9 - 12 noyabrda isə Səudiyyə Ərəbistanının Neom şəhərində keçiriləcək “Neom Beach Soccer Cup 2022”nin görüşlərində də iş başında olacaq.