Kişi həndbolçuları arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Bakı” Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə cavab görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda həndbolçularımız yerli komandaya 28:37 hesabı ilə məğlub olublar.
Bununla da Bosniya və Herseqovinada keçirilən iki oyunun nəticəsinə əsasən, “Bakı” EHF kuboku yarışlarında iştirakını dayandırıb.
Qeyd edək ki, "Bakı" sözügedən komanda ilə oktyabrın 29-da keçirdiyi ilk oyunda da (17:33) məğlub olmuşdu.