Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Türkiyənin Konya şəhərində dünya çempionatında ilk medalları qazanıb. 

Offsideplus.az xəbər verir ki, Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq) Dünya çempionu olub. İsmayıl Xamoyev (14-15 yaşlı yeniyetmələr, -52 kq), Rəşid Süleymanov (16-17 yaşlı gənclər, -68 kq) yarışın bürünc medalını qazanıb. Bazar günü 21 yaşadək gənclərdə isə Əminağa Quliyeva (-60 kq) final görüşündə, Nuran Rzazadə (-67 kq), Hüseyn Hüseynzadə (-84 kq) və Osman Osmanlı (84+ kq) isə bürünc medal uğrunda döyüşlərə qatılacaq.

Qeyd edək ki, Konyada Yeniyetmə və gənclərin 12-ci dünya çempionatında 105 ölkədən 1830 karateçi iştirak edir. 3 yaş qrupuna bölünən idmançılar 35 kateqoriya üzrə 140 medal uğrunda mübarizə aparır.