Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 81 kq-da yer alan idmançı finala gedən yolda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb.

Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Avstriya idmançısı Şamil Borçaşvili olacaq.