Həvəskar futbolçular arasında keçirilən "Zəfər Kuboku" turnirinin son turu baş tutub.
Offsideplus.az xəbər verir ki, şənbə günü saat 21:00-a planlaşdırılan "Atletik Bakı" – "Balaxanı" qarşılaşmasına birincilər oyuna gəlməkdən imtina etdiklərinə görə, Balaxanı komandasına texniki qalibiyyət verilib.
"Xocavənd" FK – "Çinar Zəngilan" cütünün qalibi zəngilanlılar olub. "Çinar Zəngilan" komandası 12 xal toplamaqla turniri ikinciliklə başa vurub.
Həftənin mərkəzi qarşılaşması isə "Topçular" FK – "Gənclər FM" arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən maçtda "Topçular" FK 3:0 hesabı ilə inamlı qələbə qazanaraq maksimum 15 xalla "Zəfər Kuboku"nun qalibi olub.
Zəfər Kubokunun bombardiri 8 qolla "Topçular" komandasının hücumçusu İbrahim Qasayev olub. Turnirin ən yaxşı oyunçusu "Xocavənd" komandasının hücumçusu Mehdi Əliyev, ən yaxşı qolun müəllifi isə "Çinar Zəngilan"dan Şamil Hüseynzadənin vurduğu qol seçilib.
Gələn həftə sonu 8 həvəskar komandanın iştirakı ilə “Zəfər Kuboku 3.0 Payız mövsümü”start götürəcək.
Qeyd edək ki, "Zəfər Kuboku"nun oyunları Şəfa stadionunun 4-cü meydanında həftənin şənbə və bazar günləri keçirilir. Giriş pulsuzdur.