Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" komandasının oyunlarının təqvimi məlum olub.

Offsideplus.az Azərbaycan Futzal Federasiyasının mətbuta xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu oktyabrın 26-da İsveçin "Orebro" kollektivi ilə qarşılaşacaq.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda oktyabrın 27-də Serbiya təmsilçisi "Loznika Qrad"la, oktyabrın 29-da Bosniya və Herseqovina "Mostar"ı ilə üz-üzə gələcək.

Qeyd edək ki, qarşılaşmalar Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.