"Zəfər Kuboku"nda 2-ci turun oyunları həftənin şənbə və bazar günləri "Şəfa" stadionunda keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, 3 sentyabr saat 21:00-da "Xocavənd" FK "Balaxanı" FK-ni qəbul edəcək. 

4 sentyabr saat 19:30-da "Gənclər FM" və "Atletik Bakı" komandaları üz-üzə gələcək. 

Həftənin mərkəzi qarşılaşması çempionatın birinci turunda hesablarına 3 xal əlavə etməyi bacarmış "Çinar Zəngilan" və "Topçular" FK arasında olacaq. Prinsipial qarşılaşma 4 sentyabr saat 21:00-da baş tutacaq. 

Oyunlara giriş pulsuzudur.

Qeyd edək ki, matçlar "Şəfa" stadionunun 4 meydançasında keçirilir.