Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib.

Offsideplus.az  Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zülfüqarov bu gün İsrailin Hadera şəhərində qadın voleybolçular arasında keçiriləcək AVRO-2023-ün təsnifat mərhələsinin A qrupunun İsrail – Xorvatiya matçında baş hakim olaraq oyunu idarə edəcək.

Görüşdə ikinci hakim funksiyasını türkiyəli Ramazan Çevik yerinə yetirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.