Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Araz-Naxçıvan" klubu heyətinə yeni futbolçular qatıb.

Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi geridə qalan mövsüm "Neftçi" İK-da oynayan qapıçı Cavad Məmmədov və U-19-un üzvü Xəzər Ağalızadə ilə razılıq əldə edib.

Qeyd edək ki, son çempion daha əvvəl qapıçı Rövşən Hüseynli, braziliyalı oyunçular Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə sözləşmə imzalamışdı.