Azərbaycan Voleybol  Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman 22 yaşadək gənc oğlanlar arasında keçirilən U-22 Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

 Offsideplus.az xəbər verir ki, Frişman iyulun 12-17-də Polşada keçirilən final  mərhələsinin matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, U-22-lərin Avropa çempionatının final mərhələsində Polşa, Fransa, Avstriya, Serbiya, Türkiyə, İtaliya, Monteneqro və Niderland mübarizə aparır.