Milli Məclisin bu gün keçirilən plenar iclasında "Media haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Offsideplus.az xəbər verir ki, layihəyə edilən son dəyişikliklər barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Onun sözlərinə görə, layihə əsla cəzalandırma xarakterli deyil: “Qanun sosial şəbəkə və yutub kanallarına aid deyil. Reyestrdə qeydiyyat məcburi deyil.
Bununla bağlı gizli ve dolayı yollar müəyyənləşməyib. İstənilən bloqer azad şəkildə fəaliyyət göstərə bilərlər. Layihə 9 əlavə və düzəliş edilib”.
Sonda müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.