Fevral ayının 20-də Azərbaycan idman jurnalistlərinin 2-ci respublika toplantısı baş tutacaq.

Offsideplus.az xəbər verir ki, AİJF-in təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə keçiriləcək tədbirdə ölkənin idman mediasının nümayəndələri, idman qurumlarının mətbuat katibləri və veteran jurnalistlər iştirak edəcəklər.

Toplantıda AİJF-nin illik fəaliyyəti ilə bağlı hesabat veriləcək, idman mediası üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, rəy və təkliflər dinləniləcək.