Dövlət başçısı İlham Əliyev Milli Mətbuatın yaranmasının 145-ci illiyi münasibətilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Offsideplus.az xəbər verir ki, təltif edilənlər arasında idman jurnalistləri də olub.

Belə ki, Qol.az saytının baş redaktoru Aydın Bağırova "Əməkdar Jurnalist" adı verilib, "Xəzər TV"nin aparıcısı Sənan Abdullayev və "Report"un əməkdaşı Elşən Məmmədov isə "Tərəqqi" medalı ilə təltif edilib.