Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə dünya kuboku yarışları ləğv olunub.

Offsideplus.az Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən Bakıdakı yarışla yanaşı, Hindistanın Yeni Dehli şəhərindəki iki dünya kuboku da ləğv edilib.

Qeyd edək ki, Bakıdakı yarışın iyunun 22-dən iyulun 3-dək keçirilməsi nəzərdə tutulmuşdu.