Tokio-2020-yə lisenziya qazanmış idmançılar 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında iştirak edə biləcəklər.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax bu barədə açıqlamasında qeyd edib: "Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür".
Qeyd edək ki, martın 24-də IOC koronavirus pandemiyası ilə əlaqədar Oyunların 2021-ci ilə təxirə salınmasına qərar verib. Hələlik olimpiadaya vəsiqələrin 57 faizi sahiblərini tapıb. Azərbaycan idmançıları 15 lisenziya qazanıblar.