Triatlon üzrə Azərbaycan millisinin üzvü Rostislav Pevtsov “İlin ən yaxşı triatlonçusu” adına namizədlər sırasında yer alıb.

Offsideplus.az xəbər verir ki, bu ada digər namizədlər böyük britaniyalı Sem Dikkinson və Ben Deykstradır.

32 yaşlı ukrayna əsilli idmançımız cari mövsümdə Avropa çempionatının bürünc medalını qazanıb və Avropa Kubokunun qalibi olub. O, həmçinin akvatlon üzrə dünya çempionatında birinci yerə layiq görülüb. Pevtsov Qətərin paytaxtında keçirilmiş I Dünya Çimərlik Oyunlarında akvatlon üzrə yarışda bürünc medal əldə edib və Kseniya Levkovskaya ilə birlikdə estafetdə ikinci olub. 

Qalibin adı 14 - 16 fevral 2020-ci ildə Avropa Triatlon İttifaqının (ETU) Belarusun paytaxtı Minskdə keçiriləcək konfransında açıqlanacaq.