Türkiyədə Oryantirinq Akademiyasının təşkilatçılığı ilə səmti müəyyənetmə idman növü üzrə “Winter O Cup” yarışına start verilib.

Offsideplus.az xəbər verir ki, yarışda iştirak etmək üçün Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti Pərvin Şərifov idmançılar Xəyyam Məmmədov, Rəna Abaszadə və federasiyanın fəxri üzvü İlham Qədimbəyli ilə birgə İstanbul şəhərinə yola düşüblər.
2019-cu ilin ilk beynəlxalq yarışında Xəyyam Məmmədov və Rəna Abbaszadə hesablarına daha iki medal yazdırıblar. Belə ki, hər gün iki - gündüz və gecə yarışlarından ibarət 5 günün yekununda Xəyyam Məmmədov gündüz 2-ci, gecə 3-cü, Rəna Abbaszadə isə hər iki yarışda 1-ci yeri tutub.